Yıxılana balta çalan çox olar..?
Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Natalya Saxarçuk, Minskdə terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilən iki Tacikistan vətəndaşı barədə danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə bildirib.
...Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları SOBR-nin qüvvələrinin dəstəyi ilə Minsk şəhərinin ərazisində terror aktları törətməkdə şübhəli bilinən Tacikistan Respublikasının iki vətəndaşını saxlayıblar.
Saxarçuk deyib bunu...
Belarus Daxili İşlər Nazirliyinin nümayəndəsi “onların indi Tacikistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verildiyini” bildirib.
Mayın əvvəlində Belarusda dörd tələbə Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktları hazırlamaqda ittiham olunaraq saxlanılıb.
Bunu isə xarici işlər naziri Sergey Aleynik bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB