Putin Rəisinin ölümündə mühüm bir detala diqqət çəkib

...İran prezidenti İbrahim Rəisini son səfərində müşayiət edənlər Rusiya istehsalı olan helikopterlərlə uçaraq problemsiz olaraq təyinat yerlərinə çatıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. ...Müşayiət edənlər iki rus helikopterində uçdular. Rusiya istehsalı olan helikopterlərdə eyni şəraitdə, eyni dəhlizdə... Bizim helikopterlər heç bir problem olmadan uşublar.

Putin bildirib bunu.

Qeyd edək ki, əvvəllər eyni detal Türkiyədə də diqqət çəkib. Türkiyə nəşri yazıb ki, Rəisi adətən Rusiya istehsalı olan helikopterlərdən, xüsusən də Mi-171-dən uçuşlar üçün istifadə edirmiş, lakin faciə günü nədənsə 30 yaşlı Amerikanın Bell-212 helikopterində uçub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə