Putin Zelenskinin legitimliyinin bitdiyini deyir...

Putin Zelenskinin legitimliyinin bitdiyini deyir...

Rusiya prezidenti Vladimir Putin Ukraynalı həmkarı Vladimir Zelenskinin legitimliyinin ölkədə prezident seçkiləri keçirilməməsindən sonra bitdiyini bildirib.

Rusiya lideri bu fikri Minskdə Belarus rəhbəri Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

…Biz hazırkı dövlət başçısının legitimliyinin sona çatdığını bilirik.

Bunu Putin deyib. O, əmindir ki, Zelenskinin legitimliyi sualına yalnız ukraynalılar cavab verə bilər.

…Biz Ukrayna Konstitusiyasında yazılanlara baxmalıyıq, Ukrayna Konstitusiyasına əsasən hansı hakimiyyətin uzadılması hüququ var, - deyə dövlət başçısı əlavə edib. …Xatırladaq ki, Ukraynada prezident seçkiləri 2024-cü ilin martında keçirilməli idi, lakin ölkədə hərbi vəziyyət hökm sürdüyü üçün ləğv edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə