...Daha bu qədər də yox də.!? Yəni doğrudanmı, Siz erməniləri bu qədər qəddar millət kimi tanıyırsınız..? Yəni deyirsiniz ki,..
...Amma mən inanmaq istəmirəm. İndi ola bilər, Fransadan “el basa-basa” İrəvana gəlib, “Zvartnots” hava limanından ölkəyə buraxılmayan erməni əsilli fransız jurnalist Leo Nikolyanın... ermənilər tərəfindən döyülməsi,..deyim ki, bu artıq ayrı məsələdir.
Yəni yenə də deyirəm, ola bilər, o da Kostya Zatulin kimi, ermənilər haqda hansısa bir həqiqəti "dilindən qaçırıb" ki, indi də onun “altını” çəkir.
Təbii ki, belə şeylər ermənilər üçün, özü də Ermənistanda ola... qəbuleilməzdir.
Əvvəla deyim ki, Leo Nikolyan Ermənistana 33 gün əvvəl gəlib. Amma əsil "vətənpərvər" ermənilər onu İrəvana buraxılmayıblar. O, da etiraz əlaməti olaraq guya “aclıq aksiyası”na başlayıb və bütün bu müddət ərzində “Zvartnots” hava limanının tranzit zonasındakı quru polda yatıb.
Hələ bu azmış kimi, o gün “Zvartnots”un erməni “əli qurumuş” işçilərindən biri erməni Leonu basıb döyüb də.
...Sən demə, həmən ərəfədə Ermənistandan getməyə hazırlaşan ermənilərdən biri bunu görüb və “erməni nəvazişi” ilə döyülən Leoya yaxınlaşaraq onu videoya çəkərək yayımlayıb.
Və təbii ki, Ermənistanın humanist ombudsmanı bu məsələyə biganə qalmayaraq, Leonu döyən ermənidən...olayla bağlı aydınlıq tələb edib.
Amma məsələyə müdaxilə edən Leo, heç bir erməni tərəfindən döyülmədiyini deyəndən sonra ağrılarına qısılaraq bu günə qədər heç bir erməninin eşitmədiyi və bəlkə bundan sonra erməni tarixinə düşə biləcək bir cümlə işlədib.
...O deyib ki, guya İrəvan hava limanında, Ararat yaxınlığında ölmək fürsətindən qürur duyur. Və hətta burada hər hansı bir erməni tərəfindən döyülməsini “fransız Makron xəstəxanasında” ölməkdən üstün tutur...
Deyirəm, adam də belə ermənini Ermənistana buraxmaz?
...Bəs onda, o vaxt erməniləri açıq şəkildə öz adlarıyla...aborigen adlandıran erməni tarixçi B.İşxanyanı niyə buraxırdınız, hıy?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB