...Ukrayna kəşfiyyatının Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə birbaşa əlaqəsi var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə günü, mayın 24-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Bişkekdə MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasında çıxışı zamanı bildirib.
Terrorçuların hazırlanması, maliyyələşdirilməsi, hücumu və geri çəkilməsi “Vilayəti Xorasan” (...İslam Dövlətinin Rusiyada qadağan olunmuş qolu – A.B.) terror təşkilatının üzvləri tərəfindən əlaqələndirilib. Hücumun dörd iştirakçısından ikisi hücumdan az əvvəl Türkiyədən Rusiyaya gəlib.
Maraqlıdır ki, Aleksandr Bortnikov dediklərini əsaslandırmaq üçün sübut da göstərib.
Belə ki, hücumdan sonra yaraqlılar onlar üçün hazırlanmış qondarma “pəncərə” vasitəsilə Ukrayna sərhədinə doğru hərəkət etmək barədə dəqiq əmr alıblar.
Rusiyalı səlahiyyətli iş üzrə 20-dən çox adamın saxlanıldığına aydınlıq gətirib. Onun dediyinə görə, terror aktının bütün halları müəyyən edildikdən sonra, əli olan hər kəs cəzalandırılacaq.
Bir daha xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də axşam “Piknik” qrupunun konserti başlamazdan əvvəl baş verib.
Deyilənlərə görə, silahlı şəxslər binaya girərək insanlara atəş açıblar. Hücumdan sonra yanğın başlayıb. Son məlumatlara görə, 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Faktla bağlı cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB