Sankt-Peterburq metrosunda yerli qız “qeyri-slavyan görünüşlü” kişinin hücumuna məruz qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” xəbər verir.
Deməli peterburqlu qız Lilianın sözlərinə görə, naməlum şəxs onu Novoçerkasskaya stansiyasının eskalatorundan izləməyə başlayıb. Onu təqib edib və sonda qıza qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb.
Lilianın iddiasına görə, rus olmayan kişi orta boylu və 30-35 yaşlarında imiş.
Qız kişiyə müqavimət göstərib.
Təəccüblüdür ki, bu işə yarayıb. Belə ki, bundan xoflanan kişi geri sıçrayaraq qaçıb.
Polis Lilianın çağırışından 7 dəqiqə sonra gəlib, lakin cinayətkar artıq qaçıbmış.
Hazırda hüquq-mühafizə orqanları libertini axtarır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB