Rusiya Afrikada yeni diplomatik nümayəndəliklər açır...

Rusiya Afrikanın Syerra-Leone, Niger və Cənubi Sudan respublikalarında daimi diplomatik nümayəndəliklər açmağa hazırlaşır. SİA-nın əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyində Afrika Günü münasibətilə keçirilən qəbulda deyib.

Xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, Rusiyanın Burkina Fasodakı səfirliyi ötən ilin dekabrında fəaliyyətini bərpa edib. Nazirin sözlərinə görə, Rusiyanın Afrikadakı diplomatik mövcudluğunun genişləndirilməsi istiqamətində işlər davam edir.

...Hətta bugünkü şəraitdə biz qitə ölkələrinə öz suverenliyini möhkəmləndirməkdə və aktual sosial-iqtisadi problemlərin həllində dəstək verməyə hazırıq Bu, bizim münasibətlərimizi əsl strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün lazımdır.

Lavrov deyib bunu.

...Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfirliyi qeyd edib ki, ABŞ Dövlət Departamenti Rusiyaya qarşı əsassız ittihamlarla Afrikadakı öz çirkin sxemləri haqqında həqiqəti gizlətməyə çalışır.

Bu arada Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov qeyd edib ki, Moskva özünü Afrikada “Qərbə və regiona neokolonial yanaşmaya alternativ” kimi layiqincə yerləşdirməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə