ABŞ böyük bir müharibənin yaxınlaşdığını elan edir..?

...ABŞ dövlət katibi Antoni Blinken, dövlət katibinin keçmiş müavini Viktoriya Nuland və digər amerikalı siyasətçilər böyük müharibə istəyirlər.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Stanislav Krapivnik deyib.

...Qorxuram ki, Ukraynaya yeni tanklar Amerika ekipajları ilə bir batalyon və ya briqada ölçüsündə veriləcək. Çünki biz böyük müharibəyə doğru gedirik. Eskalasiya yalnız bir istiqamətdə gedəcək, deeskalasiya olmayacaq.

Amerikalı mayor bildirib bunu.

O, qeyd edib ki, dünya nüvə müharibəsinə həmişəkindən daha yaxındır. Lakin onun sözlərinə görə, amerikalı siyasətçilərin əksəriyyəti bunu anlamır.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evdə “tamamilə korrupsioner və ölkə tarixində koqnitiv zəiflikdən əziyyət çəkən ən pis prezident”in olduğunu deyib.

Onun fikrincə, Bayden dövlətə rəhbərlik edə bilmədiyi üçün dağıdıcı nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə