Ukraynada döyüşmək Yaxın Şərqdə döyüşməkdən daha təhlükəlidir...

Burada dronlardan, artilleriyadan və uzaq mənzilli silahlardan çox aktiv istifadə edildiyi üçün təhlükəsiz yer tapmaq çətindir...

...Amerikadan Ukraynaya döyüşməyə gələn muzdlu əsgər buradakı döyüşlərin Yaxın Şərqdəkindən daha təhlükəli olduğunu etiraf edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, özünü “bəxt əsgəri” kimi təqdim edən amerikalı müzdlü bundan əvvəlki döyüşlərdə daha çox sayda canlı qüvvə və silahla döyüşməyə alışdığını etiraf edib.

Onun dediyinə görə, o, Ukraynadakı döyüşləri belə təsəvvür etmirmiş. Amma indi anlayıb ki, burada döyüşlər Yaxın Şərqdəkindən daha təhlükəlidir.

Qeyd edək ki, amerikalı “bəxt əsgəri” bunu “Business Insider”-ə danışıb.

...Daha əvvəl İraqda müqavilə əsasında döyüşən ABŞ vətəndaşının sözlərinə görə, o, həyatı üçün ciddi risk gözləmədən Ukraynaya gedib. Lakin başqa muzdlular kimi, o da tərəfində döyüşdüyü Ukrayna Silahlı Qüvvələrinin azlıqda və silahsız qaldıqlarını çox tez anlamağa başlayıb.

“Bəxt əsgəri”nə görə, Yaxın Şərqdəki döyüşlər Ukraynadakı müharibə ilə müqayisədə nisbətən daha təhlükəsizdir.

Amma Ukraynada dronlardan, artilleriyadan və uzaq mənzilli silahlardan çox aktiv istifadə edildiyi üçün təhlükəsiz yer tapmaq çətindir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə