Rusların Xarkovdakı uğurları okeanın o tayında “qorxu yaradıb”..?

ABŞ sabah Kiyevə yeni hərbi yardım paketini açıqlayacaq...

...Rusların Xarkov istiqamətində əldə etdiyi uğurlar təkcə Kiyevi deyil, həm də onların xaricdəki havadarlarını da deyəsən qorxuya salıb?

Qeyd edim ki, SİA bunu rus saytlarına istinadən yazır.

Nə demək olar, bəlkə də ruslar haradasa haqlıdırlar.

Məsələ bundadır ki, son günlər ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə Bayden administrasiyası arasında ukraynalıların Rusiyaya məxsus raket və artilleriya buraxılış məntəqələrini vurmasına icazə verilməsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı gərgin müzakirələr gedir.

Qeyd edilməlidir ki, bu məsələ ilə bağlı təşəbbüsün ilk olaraq Blinkendən gəldiyi də gizlədilmir.

Belə ki, dövlət katibi Kiyevə səfərindən sonra fikrini dəyişib. Yəni məlum olub ki, cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün elə də ürəkaçan deyil.

Bundan əlavə, son günlər ölkədə fərarilik baş alıb gedir deyə, ukraynalıların heç biri səngərlərə girib döyüşmək istəmir..?

Belə görünür ki, Moskva qazanır..?

Deyim ki, bunu “New York Times” nəşri də gizlətmir.

Bəs, neyləməli?

Bu arada Kiyev rejimi üçün təsəlli mükafatı olaraq, ABŞ cümə günü yeni 275 milyon dollarlıq hərbi yardım paketini elan edəcək.

“Associated Press”in məlumatına görə, bura HIMARS raketlərinin növbəti partiyası, həmçinin 155 və 105 mm-lik mərmilər daxildir.

...Ancaq, deyəsən, başqa bir müttəfiq... Almaniyanın Ukraynaya verəcək elə bir hədiyyəsi-filanı yoxdur? Doğrudur, bu ölkənin xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius tərəfindən təmsil olunan Berlin bir neçə həftə ərzində Ukraynaya mühüm hava hücumundan müdafiə sistemlərinin tapılmasına kömək edəcəklərinə söz vermişdilər.

Amma indi belə görünür ki, onlar verdikləri sözü danırlar? Belə ki, almanlar Kiyevə “Patriot” sistemlərini verməkdən imtina ediblər.

...Yəni deyirsiniz, Qərbin diqqəti getdikcə Ukraynadan başqa dövlətlərə yönəlir?

Rusların iddiasına görə, artıq Avropada heç də hamı isterik rusofobiyaya tab gətirməyə hazır deyil.

Maraqlıdır ki, rus saytları nümunə kimi, Gürcüstanı göstərirlər. Onlar Tbilisinin Avropa İttifaqına namizəd statusundan artıq bir ayağını itirdiyini yazırlar.

Təbii ki, eşitmiş olarsınız, Brüssel Tbilisinin xarici agentlər haqqında qanunla bağlı inadından çox narazıdır.

Onu da deyim ki, Avropa İttifaqının gürcülərə qarşı radikal tədbirlər görməyə hazır olduğunu etiraf edən baş nazir İrakli Kobaxidzeni, təşkilat Slovakiyalı həmkarı Robert Fikonun başına gələnlərlə qorxudulması heç başa düşülən deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə