"Makfa"nın bütün aktivləri Rusiya Federasiyasının mülkiyyətinə keçdi

...Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yureviç və Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Vadim Belousovun “Makfa” holdinqinin bütün aktivləri Rusiya Federasiyasının mülkiyyətinə keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 23-də vəkil Vyaçeslav Plaxotnyuk bildirib.

...Müttəhimlərin mövqeyi ondan ibarət idi ki, milliləşdirmə ilə bağlı məhkəmə qərarı nəinki çıxarılıb, hətta artıq icra olunub. Qeydiyyatçının səhmləri Federal Əmlakın İdarə Edilməsi Agentliyinin xeyrinə ötürməsi qeydə alınıb.

“İnterfaks” bunu vəkildən sitat gətirib.

Vəkil onu da əlavə edib ki, bütün aktivlər, o cümlədən “Makfa” ASC, “SMAK” ASC, “Birinci Çörək Zavodu” ASC-nin mülkiyyətinə keçib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə