Media Çinin Tayvana hücumunun vaxtını açıqlayıb

...Çin yayın əvvəlində Tayvanı geri almaq üçün əməliyyata başlamaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Global Press”in X nəşri sosial şəbəkədə Çin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır.

Məlumat Çin Xalq Azadlıq Ordusunun genişmiqyaslı təlimlərinə başlaması fonunda yayılıb.

TASS yazır ki, Tayvan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Huanq Venqi deyib ki, hərbi kəşfiyyat ada yaxınlığında təyyarə və gəmilərin görünüşünü qeydə alıb.

...Bu günə qədər Tayvan boğazına bitişik ərazilərdə 15 döyüş gəmisi, 16 NCIS gəmisi və 33 təyyarə olduğu bildirildi.

Bunu çinli general-mayor bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə