Xüsusi əməliyyat iştirakçılarının məzarları dağıdılıb...

...Volqoqradda iki oğlan və bir qızın xüsusi hərbi əməliyyat iştirakçılarının məzarlarını dağıtdıqları deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “v1.ru” yayımlayıb.

Belə ki, Verxnezareçenskoye qəbiristanlığının hərbi qəbirlər xiyabanında gənclərin bayraqları yıxıldılıb, əklillər ətrafa səpələnib və xaçlar sındırılıb.

Qeyd edək ki, polis hər üçünü saxlasa da, sonradan onlardan biri Daxili İşlər Nazirliyindən qaça bilib.

Üç həftə sonra təhlükəsizlik qüvvələri onu tapıb saxlamağa müvəffəq olublar.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl oxşar hadisə Kemerovodada yaşanmışdı.

Faktla bağlı orada da cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə