BMT Baş Assambleyası qətnamə qəbul edib...

“Srebrenitsa soyqırımı” ilə bağlı...

BMT Baş Assambleyası 1995-ci ildə Srebrenitsa hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, qətnaməni 84 ölkə təsdiqləyib, 19 ölkə əleyhinə səs verib, daha 68 ölkə bitərəf qalıb.

Qeyd edək ki, qətnamənin təşəbbüskarı Almaniya, Bosniya və Herseqovina və bir sıra digər ölkələr olub.

Onu da qeyd edək ki, Bosniya serblərinin rəhbərliyi Belqradda buna qarşı kəskin çıxış ediblər.

Onlar Srebrenitsadakı soyqırım rəvayətləri ilə heç vaxt razılaşmayacaqlarını, həmçinin onun irəliləyişinin Bosniya və Herseqovinanı parçalanmağa doğru apardığını qeyd ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə