Silah təchizatı Kiyevə kömək etməyəcək..?

Ukrayna Silahlı Qüvvələrinin əsas problemi ABŞ-da müəyyən edilib?

ABŞ-da hərbi ekspertlər Ukrayna Silahlı Qüvvələrinin əsas problemini müəyyən ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Mitçel İnstitutunun dekanı, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Devid Deptulanın dediyinə görə,..əsas məsələ Vaşinqtonun Kiyevə verdiyi silahlardan düzgün istifadə edilməməsindədir.

Deptula Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ilə Kiyevdə keçirdiyi görüşdə bəyan edib ki, Ukrayna silahlardan daha ağıllı istifadə etməyəcəyi təqdirdə münaqişə yalnız uzanacaq, həm də ona son qoyulmayacaq.

Qeyd edək ki, generalın rəyi institutun saytında da verilir.

...Deptula əmindir ki, silahlardan savadlı istifadə bir nömrəli məsələdir. Birləşmiş Ştatlar Ukraynaya Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etməkdə kömək etmək istəyirsə, bu məsələ həll olunmalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə