Sovet İttifaqı Fələstini müstəqil dövlət kimi tanıyıb...

Rusiya Sovet İttifaqının hüquqi varisi kimi Fələstin məsələsində öz mövqeyini saxlayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, SSRİ vaxtilə Fələstini müstəqil dövlət kimi tanıyıb.

Kreml nümayəndəsindən üç Avropa ölkəsinin son qərarı ilə bağlı rəhbərliyin mövqeyinə aydınlıq gətirmək istənilib. Qeyd edək ki, bir gün əvvəl Norveç, İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaqlarını, qərarlarının mayın 28-də qüvvəyə minəcəyini açıqlayıblar.

Qeyd edək ki, Fələstin indiyədək Avropa İttifaqının doqquz üzvü tərəfindən müstəqil dövlət kimi tanınıb. Onlardan səkkizi - Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bu addımı hələ 1988-ci ildə Avropa İttifaqına daxil olmamışdan əvvəl atmışdı.

RİA Novosti xəbər verir ki, 2014-cü ildə İsveç də bu ölkələrə qoşulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə