Hakan Fidan vә Oliver Varheyli birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlәr nazir Hakan Fidan Avropa İttifaqının müvafiq qurumlarının viza rejiminin sadәlәşdirilmәsi ilә әlaqәdar danışıqlar aparmağa davam etdiklәrini deyib.

Hakan Fidan Türkiyәdә sәfәrdә olan Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli ilә birgә mәtbuat konfransında çıxış edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyә ilә Avropa İttifaqı münasibәtlәrini nәzәrdәn keçirdiklәrini ifadә edәn Hakan Fidan deyib: ‘‘Oliver Varheyli ilә Türkiyәnin namizәd ölkә statusunu vә genişlәnmә ilә bağlı mәsәlәlәri müzakirә etdik. Prinsipcә razılaşdıq. Bunu planlaşdıraraq konkret bir şәkildә Gömrük Birliyinin yenilәnmәsi lazımdır. Bu mövzuda prinsipial razılığa gәldik. Avropa İttifaqının müvafiq qurumları ilә viza rejiminin sadәlәşdirilmәsi ilә әlaqәdar danışıqlar aparmağa davam edirik. Mәqsәdimiz Avropa İttifaqı ilә viza rejiminin sadәlәşdirilmәsi mövzusunda danışıqlara start vermәkdir’’.

Bütün xəbərlər Facebook səhifəmizdə