Saakaşvilinin şikayətləri qəbuledilməz hesab edilib

...Bu arada Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Gürcüstan məhkəməsinə qarşı iddialarını təmin etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarına istinadən xəbər verir.

Gürcüstanın keçmiş lideri 2005-ci ildə parlamentariyə hücumla bağlı və Daxili İşlər Nazirliyinin dörd yüksək rütbəli zabitinin əfv olunması ilə bağlı ona qarşı çıxarılan qərarlardan apellyasiya şikayəti vermək istəyib.

Bundan əlavə, Saakaşvili hesab edir ki, Gürcüstanda müstəqil və ədalətli məhkəmə, eləcə də qərəzsiz hakimlər yoxdur.

Eks-prezident qeyd edib ki, prokurorlar ona qarşı sübutlardan istifadə ediblər.

Avropa İnsan Haqları Məhkəməsi şikayətləri qəbuledilməz hesab edib və bütün vəsatətləri rədd edib.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. Ona qarşı bir neçə cinayət işi qaldırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə