Krımda diversant özünün partlayıcısı ilə özünü partladıb...

...Krımın Kirov rayonunda dəmir yolunda təxribat planlaşdıran terrorçu partlatdığı bombanın qurbanı olub(?).

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı, mayın 23-də respublikanın rəhbəri Sergey Aksenov danışıb.

Aksenovun dediyinə görə, terrorçu dəmir yoluna partlayıcı yerləşdirmək istəyərkən Kirov vilayətində partladılıb”.

Respublika rəhbəri bunun təbii nəticə olduğunu vurğulayıb. TASS xəbər verir ki, Krım rəhbəri “ölkədə terror aktları törətmiş bütün qrupların istisnasız olaraq saxlanıldığını, hamısının aşkar edildiyini” və diversantları “ya həbsxana, ya da ölüm” gözlədiyini bildirib.

...Bundan əvvəl Federal Təhlükəsizlik Xidməti Leninqrad vilayətində Ukrayna Kəşfiyyatının Baş İdarəsinin agentinin öldürüldüyünü bildirmişdi.

Litva ərazisində hazırlanmış radikal terror aktlarının Moskva vilayətində dəhəyata keçiriləcəyi planlaşdırılıbmış.

...Aprel ayında Kemerovo vilayətində dəmir yolunda relay kabinetlərinə yanğın törətməkdə iştirak edən diversant saxlanılıb. O, Ukrayna ərazisində yerləşən naməlum şəxslərlə təmasda olub və pul mükafatı üçün onların göstərişi ilə hərəkət edib?..

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə