Kiyevin Rusiya ərazisini atəşə tutmasına icazə verilsin!

ABŞ Konqresi Rusiyanın ATACMS raket zərbələri üçün hədəfləri olan xəritəsini tədqiq edib

...Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə vurula bilən zonaya malik Rusiyanın xəritəsini ABŞ Konqresində Aşağı Palata Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun dinləmələrində nümayiş etdirib.

Amerika administrasiyasının Kiyevə ötürülən silahların istifadəsini məhdudlaşdırdığını deyən konqresmen, bunu Ukraynanın “özünü müdafiə edə bilməməsinə” və ya Rusiyaya cavab atəşi açmamasına hesablandığını sual kimi qoyub.

MakKol bildirib ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxın ərazilərdə artilleriya və raketlər yerləşdirib. Bu silahlar Ukraynaya hücum üçün istifadə olunur. Amma Ukrayna Silahlı Qüvvələri bu ərazini Amerika silahları ilə vura bilməz..?

Qeyd edək ki,siyasətçi Antoni Blinkendən Kiyevin Rusiya ərazisinə zərbələr endirməsini qadağan edən siyasətə yenidən baxmaq niyyətində olub-olmadığını soruşub.

Dövlət katibi, belə qərarların Kiyevdəki hakimiyyət tərəfindən verilməli olduğunu deyib.

Yeri gəlmişkən, Rusiya Dövlət Duması konqresmenin bəyanatlarına cavab verib. Onlar Konqresin dinləmələrində baş verənləri dəli adlandırıb və xatırladıblar ki, Moskva istənilən təcavüzkarı dərhal məhv etmək üçün zəmanətli imkanlara malikdir.

Bunu isə RİA Novosti xəbər verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə