Rostov vilayəti Donbassla sərhəddə xüsusi zona yaradıb

Rostov vilayətində Donetsk və Luqansk xalq respublikaları ilə sərhəddə beş kilometrlik zona yaradılacaq. Bu, terrorçuların və ekstremistlərin içəri daxil olmasının eləcə də silahların qeyri-qanuni hərəkətinin qarşısını almaq üçün lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, byunu vilayət qubernatoru Vasili Qolubev bildirib.

Deyilənlərə görə, orada sərhəd zonası kimi xüsusi hüquqi rejim yaradılacaq. Xüsusi zonada yalnız şəxsiyyəti təsdiq edən sənədlər olduqda hərəkət etmək mümkün olacaq.

100 metrə yaxınlaşmağa yalnız 12 saat əvvəl Federal Təhlükəsizlik Xidmətinə məlumat verildikdən sonra icazə veriləcək.

Yenə də deyilənlərə görə, Rostov vilayətinin DXR və LPR ilə sərhədinin ümumi uzunluğu 600 kilometrdən çoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə