Ukraynalılar Zelenskinin legitimliyi ilə bağlı qərar verməlidirlər..?

Ukrayna hakimiyyəti və məhkəmələri Vladimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini müəyyən etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla cümə axşamı, mayın 23-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O, vurğulayıb ki, bu sualın cavabına “Ukraynalılar özləri qərar verməlidir – Konstitusiya Məhkəməsi və ya onlar nə qərar versələr”.

...Rusiya tərəfinin mövqeyi məhz belədir.

Qeyd edək ki, TASS bunu Peskovdan sitat gətirib.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya lideri Vladimir Putin Zelenskinin legitimliyinin Moskva üçün əhəmiyyətini izah etmişdi.

...Bəzi sənədlərin imzalanmasından söhbət gedirsə, təbii ki, biz qanuni orqanlarla belə taleyüklü sahədə sənədləri imzalamalıyıq.

Bunu Putin bildirib.

Bu arada “Russia Today”in politoloqu və köşə yazarı Rostislav İşçenko Ukraynanın taleyində Zelenskinin legitimliyinin rolunu müzakirə edib.

Ekspert xatırladıb ki, “təbii ki, onun bizim üçün qeyri-qanuni olduğunu söyləmək olar, amma amerikalılar Əsədin qeyri-qanuni olduğunu bəyan etsələr də, amma hələ də onunla danışıqlar aparırlar”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə