Bəhreyn kralı Putini dost adlandırıb

Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Rusiya prezidenti Vladimir Putini dost hesab edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS-a krallığın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Bundan əvvəl Kremldə Bəhreyn kralı ilə Rusiya prezidenti arasında danışıqlar olub.

…Əlahəzrət Kral Həməd dostu Prezident Putinlə bir sıra regional və beynəlxalq məsələləri müzakirə edib.

Səfirlik bunu görüşün nəticələrinə istinadən bildirib.

Bəhreyn kralı həmçinin qeyd edib ki, Manamanın Rusiya ilə “bütün sahələrdə və bütün səviyyələrdə əməkdaşlığı və onun mexanizmlərini inkişaf etdirmək istəyi var”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə