Tatarıstan səmasında pilotsuz təyyarə vurulub

...Tatarıstanın Yelabuqa rayonu ərazisində kamikadze pilotsuz uçan aparat vurulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS Yelabuqa şəhərinin meri Rustem Nuriyev və Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib.

Deməli, saat 14:00 radələrində Ukraynaya məxsus pilotsuz uçuş aparatı vurulub. İlkin məlumatlara görə, yerdə dağıntı yoxdur.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya məxsus pilotsuz uçan aparat bölgədəki obyektlərə hücum etməyə cəhd edib.

PUA əvvəllər Yelabuqa və Nijnekamsk arasında vurulub. Yerli hakimiyyət orqanları vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əvvəllər də ərazidə tədbirlər həyata keçirib. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə