Kadırovun 18 yaşlı nazir oğlu bu klubun prezidenti seçildi

Çeçenistan lideri Ramzan Kadırovun 18 yaşlı oğlu Axmat Kadırov “Axmat” futbol klubunun prezidenti seçilib. SİA xəbər verir ki, bu barədə Qroznı klubunun mətbuat xidməti məlumat yayıb.

Bu vəzifədə kiçik Kadırov 2011-ci ildən kluba rəhbərlik etmiş Maqomed Daudovu əvəzləyib.

Bu həftənin əvvəlində Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi və idman naziri təyin edilib.

Axmat Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğludur. 2022-ci ildən respublika başçısının müşaviri vəzifəsini tuturdu. 2023-cü ilin noyabrında o, Çeçenistanın bədən tərbiyəsi nazirinin müavini, fevralda isə gənclərlə iş üzrə nazir təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə