Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan edir

Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan edir

Mayın 29-dan Norveç turizm və digər “qeyri-əsas” əhəmiyyət kəsb edən məqsədlər üçün ölkəyə gələn ruslara icazə verməyi dayandıracaq. Ölkə hökuməti bildirib ki, tədbir Şengen vizasını hansı ölkənin verdiyindən asılı olmayaraq tətbiq olunacaq.

...Məqsədi turizm və digər zəruri olmayan səyahətlər olan Rusiya vətəndaşları xarici sərhəddən daxil olarsa, deportasiya ediləcək. Sərtləşdirmə həm 2022-ci ilin yazında viza praktikasının sərtləşdirilməsindən əvvəl Norveç tərəfindən verilmiş vizalara, həm də digər ölkələr tərəfindən verilmiş vizalara şamil edilir.

Mesajda belə deyilir.

Qeyd edək ki, Norveç dövləti yaxın qohumlarını ziyarət etmək, Norveçdə və ya Şengen bölgəsində işləmək, eləcə də təhsil almaq üçün səyahət edən Rusiya vətəndaşları üçün istisnaların olacağını da bildirib.

Hökumətin press-relizində qeyd edilir ki, bu qərar Norveçin Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq məhdudiyyətlər tətbiq edən müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək istəyi ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə