Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin Moskvada saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.
Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə generalın evində axtarış aparılıb.
Axtarışdan sonra Şamarin dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.
Bu məlumatın rəsmi təsdiqi yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB