Xəbər verdiyimiz kimi, helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün dəfn olunacaq. SİA-nın “Mehr” agentliyinə istinadən məlumatına görə, artıq Abdullahianın dəfn mərasimi başlayıb.
Mərasimdə Xarici İşlər Nazirliyinin rəsmiləri, xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Hüseyn Əmir Abdullahian Tehranda Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində dəfn ediləcək.
İran Prezidenti İbrahim Rəisinin cənazəsi də bu gün paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılaraq orada dəfn ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB