Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib - FOTOLAR

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib - FOTOLAR

Saat 07:30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb. SİA xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində Ə.Qəmküsar küçəsinə suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə