İraqda Türkiyə ordusunun hərbçisi həlak olub

İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vedat Zorba dünən terror təşkilatının üzvləri tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik hərbçinin ailəsinə başsağlığı verərək səbir diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə