Nigerdə silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub

Nigerin cənub-qərbində silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub. SİA-nın məlumatına görə, bu barədə “Agence France-Presse” yerli radiostansiyaya istinadən xəbər yayıb.

Məlumata görə, hücum mayın 20-də Tillaberi regionundakı kəndlərdən birində baş verib. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Nigerin Mali və Burkina-Faso ilə sərhədlərin yaxınlığında yerləşən cənub-qərb bölgələri birinci dəfə deyil ki, ekstremist və terrorçu qrupların fəallığının artdığı zona olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə