Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirməyə özü qərar verir..?

...ABŞ dövlət katibi Antoni Blinken, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək barədə müstəqil qərara malik olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

O, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib.

Bununla yanaşı, Blinken Ağ Evin Kiyevə bu məqsədlər üçün Amerika silahlarından istifadə etməyə icazə verməyə hazır olub-olmadığını aydınlaşdırmaqdan imtina edib.

...Ukraynadan kənarda hücumlara dəstək verməyə gəlincə, biz bunu etməmişik. Amma Ukrayna öz qərarlarını verməli olacaq və verəcək. Və mən onun ehtiyac duyduğu avadanlıqları almasını təmin etmək istəyirəm.

Blinken deyib bunu.

Yeri gəlmişkən, bir müddət əvvəl ABŞ dövlət katibi İran xalqının prezident İbrahim Rəisinin ölümündən sonra özünü daha yaxşı hiss etdiyini bildirmişdi..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə