Paşinyanın üstüörtülü eyhamı Lukaşenkoya ünvanlanıb..?

Ermənistanın baş naziri Minsk və Bakı arasında əlaqələrə “diqqət çəkib”...

...Və bu arada Ermənistanın baş naziri Nikol Paşinyan, KTMT-də təmsil olunan ən azı iki ölkənin 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini bəyan edib.

...Müttəfiqlərimiz 2020-ci ilin 44 günlük müharibəsində bizim tərəfimizdə iştirak etmədilər. Bizə qarşı müharibənin hazırlanmasında iştirak edən ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr imitasiya yaradıblar və ya bizə kömək etmək istəyirlər. Bu müharibənin heç Dağlıq Qarabağa da aidiyyatı yox idi. İstintaq komissiyasına göstərdim ki, onlar Dağlıq Qarabağ məsələsini özlərində saxlayırlar. Həmin müharibənin məqsədi Ermənistan Respublikasının müstəqil dövlətinin olmaması idi.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Nikol Paşinyan bunu Milli Assambleyada deyib.

Maraqlıdır ki, Belarus saytları bununla Paşinyanın Lukaşenkoya eyham vurduğunu istisna etmirlər.

Xatırladaq ki, bu günlərdə Azərbaycana səfər edən Lukaşenko Azərbaycan lideri ilə görüşündən sonra keçirilən mətbuat konfransında bunları demişdi: “Müharibədən əvvəl, sizin qurtuluş savaşınızdan əvvəl, birlikdə şam yeməyində fəlsəfi söhbətimizi xatırladım. Sonra belə qənaətə gəldik ki, müharibədə qalib gəlmək olar”.

Yeri gəlmişkən, Lukaşenkonun bu açıqlaması Ermənistanda kəskin reaksiyaya səbəb olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə