Ukraynalılar isə ölməkdə davam edirlər...

Bu gün Ukraynaya göndərilən silahlar ABŞ arsenallarında eyni, lakin beş dəfə baha olanlarla əvəz olunur. Amerika büdcəsindən ayrılan pulun böyük hissəsi isə Pentaqona yaxın 5 podratçıya gedir...

...Və bu arada nüfuzlu “Foreign Affairs” nəşri Ukraynanı yaxın aylarda ciddi ərazi itkiləri ilə bağlı xəbərdarlıq edir.

...Amma əslində bu, Ukrayna müttəfiqləri üçün elə də bir önəm kəsb etmir.

Belə ki, Qərb bütün gücü ilə olsa da, münaqişəni davam etdirmək üçün pul ayırır.

Avropa İttifaqı, mümkün nəticələrin təhlükəsinə baxmayaraq, Rusiyanın aktivlərini yağlamağa girişib və əldə olunan gəlirləri Kiyevə hərbi yardım üçün istifadə edəcəyini vəd edir.

Arada isə, bizdə deyildiyi kimi,..kasıbın balası gedir..?

...Təbii ki, bu gün Ukraynaya ötüralən silahlarla bağlı hər şey daha mürəkkəbdir.

NATO-nun özünə kifayət qədər gücü yoxdur. Məhz elə bəlkə də buna görədir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Kiyevə əliboş gəlib.

Maraqlıdır ki, bu səfərdən sonra Almaniya mətbuatı Annalena Berbokun Ukraynaya... sadəcə simpatiyadan başqa heç bir hərbi yardım təklif etmədiyini yazır.

...Qeyd edilməlidir ki, bu gün Ukraynaya ən çox sərmayə qoyan ABŞ-dır. Hesablamalara görə, təkcə hərbi yardım kimi Ukraynaya 100 milyarddan cox dollar ötürülüb.

Bizdə onu necə deyirlər: xeyir ola?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu amerikalılar üçün sərfəli investisiyadır.

Belə ki, Pentaqon silahlarını real döyüş şəraitində sınaqdan keçirir.

Amma belə görünür ki, nəticələr elə də yaxşı deyil, yəni məyusedicidir.

Məsələn, bəzi etiraflara görə, amerikanların tərifli “Abrams” tankları elə də tərifəlayiq deyilmişlər. Yəni NATO-nun hər hansı digər texnikasından daha pis yanır.

Əslində bu məyusediciliyi Ukraynaya göndərilən başqa silahlara da şamil etmək olar.

Yeri gəlmişkən, Amerikanın ən böyük PMC-nin yaradıcısı Erik Prins, Kiyevin maliyyələşdirilməsini ABŞ Müdafiə Nazirliyinin böyük fırıldağı kimi təqdim edir.

Onun iddiasına görə, Ukraynaya göndərilən silahlar ABŞ arsenallarında eyni, lakin beş dəfə baha olanlarla əvəz olunur. Amerika büdcəsindən ayrılan pulun böyük hissəsi isə Pentaqona yaxın 5 podratçıya gedir.

...Ukraynalılar isə ölməkdə davam edirlər.

...Bu, döyüşün nəticəsini dəyişməyəcək. Ukraynanın müstəqil ölkə kimi yaşayıb-yaşamayacağını bilmirəm. Bəlkə də hər şey Ukraynanın qərbinin əvvəllər Polşanın bir hissəsi olduğu vaxta qayıdacaq. Şərqi Ukrayna əvvəllər Rusiyanın bir hissəsi olub. Beləliklə, bilirsiniz, kartlar hərbi qələbələrdən, diplomatik irəliləyişlərdən asılı olaraq hərəkət edir və indi ruslar qalib gəlir və onlar çox yaxşı bir yay keçirəcəklər.

Bunu da Erik Prins bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə