ABŞ konqresmenlərinin Rusiyaya zərbə endirmək çağırışı...

Bir çox amerikalı konqresmen Ukraynada gərginliyin artmasını istəyir və bunun üçün Kiyevdən Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsini tələb edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Peskov bir sıra amerikalı konqresmenlərin Ağ Ev administrasiyasına Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə vermək çağırışını şərh etmək istəyinə “Konqresdə daha çox gərginlik yaratmaq istəyən çoxlu qaynar adamlar var” deyə cavab verib.

...Əvvəllər bildirilirdi ki, Ukrayna hakimiyyəti Vaşinqtondan Rusiya ərazisinə hücumlar üçün Qərb silahlarından istifadəyə qoyulmuş qadağanı aradan qaldırmağı xahiş edirdi.

Ağ Ev isə bunu rədd edir və silahların yalnız müdafiə üçün olduğunu deyirdi, amma indi...

Qeyd edək ki, Vladimir Zelenski bu qadağanı Rusiya silahlı qüvvələrinin ən böyük üstünlüyü adlandırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə