İsveç Ukraynaya 7 milyard dollar hərbi yardım edəcək

İsveç hökuməti “İsveç Demokratları” partiyasının dəstəyi ilə Ukraynaya növbəti üç il ərzində 75 milyard İsveç kronu (7 milyard dollar) məbləğində əlavə hərbi yardım planı ilə bağlı razılığa gəlib.

...İsveçin Ukraynaya dəstəyini gücləndirmək və uzunmüddətli perspektivləri yaxşılaşdırmaq üçün hökumət və “İsveç Demokratları” partiyası 2024-2026-cı illər üçün Ukraynaya hərbi yardım çərçivəsi haqqında razılığa gəliblər.

Hökumət bunu mayın 22-də Stokholmda elan edib.

75 milyard kron məbləği üç il ərzində bərabər bölünəcək. Əvvəllər razılaşdırılmış paketi nəzərə alsaq, İsveçin Kiyevə hərbi yardımının ümumi məbləği 100 milyard İsveç kronundan çox olacaq.

Hökumətin bəyanatında qeyd olunur ki, hərbi dəstək Ukraynaya təmənnasız olaraq hərbi texnikanın verilməsi, vəsaitlərin köçürülməsi və hərbi texnikanın alınması üçün maliyyə yardımının göstərilməsi ola bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə