Bəhreyn kralı Moskvaya rəsmi səfərə gəlib

Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Moskvaya rəsmi səfərə gəlib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, monarxın təyyarəsi paytaxt hava limanlarından birinə enib.

...Bəhreyn kralı Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə Rusiya Federasiyasına gəlib.

Həməd bin İsa Əl Xəlifə Rusiya ilə münasibətləri “hərtərəfli səviyyəyə” çatdırmaq üçün əlaqələri gücləndirmək istəyini ifadə edib.

BNA agentliyinin verdiyi xəbərə görə, bu barədə Bəhreyn kralının bəyanatında deyilir.

O, həmçinin Rusiyanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında konstruktiv rol oynadığını da bildirib.

Gözlənilir ki, səfər çərçivəsində monarx mayın 23-ü cümə axşamı Putinlə danışıqlar aparacaq, bu zaman tərəflər iki ölkə arasında ticarət, iqtisadiyyat, enerji və humanitar sahədə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, sənədlərin imzalanması da nəzərdə tutulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə