Bəzi Avropa ölkələri Gürcüstana sanksiyalar tətbiqi təklif edib

Hollandiya, Çexiya, Estoniya və İsveç də daxil olmaqla bir qrup Avropa İttifaqı “Xarici təsirin şəffaflığı” qanununa əsasən, Gürcüstanla viza liberallaşdırılmasını ləğv etməyi düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” yazır: “Bu ölkələrin nümayəndələri Avropa İttifaqının qanunverici orqanlarına rəsmi Tiflisə sanksiyalar tətbiq etməyi təklif edib. Təklif olunan tədbirlərə Gürcüstanın Avropa İttifaqı fondlarında olan aktivlərinin dondurulması və “Xarici agent” qanununu dəstəkləyən siyasətçilərə qarşı fərdi sanksiyalar daxildir.

Xatırladaq ki, Avropa İttifaqı 2017-ci ildə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi. Bununla belə, avropalı diplomatların bir çoxu ölkələrin vizasız keçidlərin ləğvinin tərəfdarı olmadığını bildirərək "İnsanları hədəf almaqda diqqətli olmaq lazımdır" deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə