Polşa Belarusla sərhədə əlavə hərbçi göndərdiyini açıqlayıb

Varşava Belarusla sərhəddə hərbi personalının sayını artırmaq niyyətindədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

...Biz Polşa-Belarus sərhədində hərbi mövcudluğumuzu artırmağa hazırıq. Biz Polşa sərhədini qoruyacağıq, polis və sərhədçilər dəstək və daha yaxşı avadanlıq alacaqlar.

Bunu deyən nazirin sözlərinə görə, sərhəddə dəmir-beton kirpi və palisadlar, həmçinin pilotsuz uçuş aparatlarının monitorinqi eləcə də döyüş aparatları quraşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl o, Polşanın Rusiya və Belarusla sərhədlərdə hava məkanına nəzarət etmək üçün ABŞ-dan dörd Barbara kəşfiyyat balonunu aldığını bildirmişdi.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Varşavanın Rusiya və Belarusla şərq sərhədində təhlükəsizliyi gücləndirmək üçün 2,3 milyard avro xərcləyəcəyini bildirmişdi.

...Biz bu işə Polşa sərhədini sülh dövründə təhlükəsiz və müharibə zamanı düşmən üçün keçilməz etmək üçün başladıq.

Tusk deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə