Putin Medinskini mədəniyyət şurasına daxil edib...

Tolstoyu isə oradan çıxarıb

Rusiya prezidenti Vladimir Putin Mədəniyyət və İncəsənət Şurasının tərkibində dəyişiklik edib, o cümlədən köməkçisi Vladimir Medinski və əvvəllər onun müşaviri işləmiş Vladimir Tolstoyu qurumdan xaric edib. Bu, dövlət başçısının sərəncamından məlum olub.

Sənəddən belə çıxır ki, Medinski Prezident yanında Mədəniyyət və İncəsənət Şurasının katibi olub.

SİA-nın əldə etdiyi məlumata görə, Tolstoy 2012-ci ilin mayından Rusiya Federasiyası Prezidentinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

...Mədəniyyət və incəsənət sahəsindəki işlərin vəziyyəti barədə dövlət başçısına məlumat vermək, onun yaradıcılıq birlikləri ilə qarşılıqlı fəaliyyətini təmin etmək, mədəniyyət və incəsənət sahəsində dövlət siyasətinin aktual məsələlərinə dair təkliflər hazırlamaq məqsədi ilə 1996-cı ilin iyulunda Prezident yanında Mədəniyyət və İncəsənət Şurası yaradılmışdı.

Xatırladaq ki, mayın 14-də Putin Rusiya Federasiyasının prezidenti vəzifəsinə gəldikdən sonra administrasiyasının tərkibində dəyişiklik edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə