Səfir Rəisinin ölümü ilə bağlı III Dünya Müharibəsi riskindən danışıb

...İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin ölümü ilə Üçüncü Dünya Müharibəsi arasında heç bir əlaqə yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali News.ru-ya müsahibəsində bildirib.

Diplomatik nümayəndəliyi rəhbərinin dediyinə görə, ölkənin birinci şəxsi Ali Rəhbərdir, prezident iyerarxiyada ikinci yeri tutur. O əlavə edib ki, sabitləşdirici amil kimi çıxış edən liderdir.

Onun sözlərinə görə, fəlakətə baxmayaraq, ölkədə sabitlik qalmaqdadır. O, respublikanın dəfələrlə prezidentlərini itirməsinə aydınlıq gətirib.

...Birinci prezidentimiz 40 il əvvəl ölkədən qaçdı, amma heç nə olmadı.

İkinci prezident terror aktı nəticəsində öldü, amma heç nə olmadı, ölkə inkişaf etməyə davam etdi.

Bunları Cəlili xatırladıb.

Onun fikrincə, Rəisinin və onu müşayiət edənlərin ölümü İran cəmiyyətini yalnız gücləndirdi və onu daha da birləşdirdi. ...Əvvəllər ekspertlər yaxın illərdə İranın nə daxili, nə də xarici siyasətində böyük dəyişikliklərin olmayacağını irəli sürmüşdülər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə