Rusiya Ukraynanın hərbi itkiləri barədə yeni rəqəmləri yaydı

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya hərbi birləşmələrinin fəaliyyəti barədə məlumat verilib.
“Cənub Hərbi Qrupunun qoşunları Donetsk Xalq Respublikasının Kleşeyevka qəsəbəsini azad edib”,-deyə bəyanatda vurğulanıb.
Bəyanatda Ukrayna ordusuna aid 2 sursat anbarının məhv edildiyi, 34 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.
“Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna məxsus 601 təyyarə, 274 helikopter, 24 498 PUA, 523 hava hücumundan müdafiə sistemi, 16 121 tank və zirehli texnika, 1307 reaktiv yaylım atəşi sistemi, 9 740 haubitsa və minaatan ilə 915 xüsusi hərbi maşın məhv edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə