Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan şəxs saxlanılıb..?

Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxsi saxlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Dövlət İstintaq Komitəsinə istinadən bildirib.

...İstintaq Komitəsi mayın 21-də hakimiyyətin qəsb edilməsinə hazırlıq barədə polisdən məlumat aldığını bildirib. Bununla bağlı cinayət işi başlanıb və bir müddət sonra vətəndaş G.G saxlanılıb.

İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs hökumət əleyhinə fikirlərə malik olmaqla, Ermənistan hakimiyyətinin xarici və daxili siyasətinin əleyhinə danışaraq, hələlik naməlum şəxslərlə birlikdə hakimiyyətə qəsb etməyi, hökumət binalarını, parlamenti, polisi, habelə hökumətin və Milli Məclisin səlahiyyətlərini ələ keçirməyi planlaşdırırmış.

Onun bütün bunları mayın 26-da keçirilən mitinqdə həyata keçirmək niyyətində olduğu ehtimal edilir.

Yerli Telegram kanallarının məlumatına görə, saxlanılan şəxs məşhur müğənni Hayk Gevondyanın oğlu Hraçyadır.

Vəkili Aleksandr Koçubayev bildirib ki, ona qarşı ittiham irəli sürülüb, o, bununla razı deyil. Hraçya Gevondyanın müdafiəçisi ona qarşı açılan işi gülünc və siyasi, ittihamı isə tamamilə uydurma adlandırıb.

...Xatırladaq ki, mayın 9-dan etibarən İrəvanda Respublika meydanında Ermənistanın hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilir. Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir. Növbəti iclas mayın 26-na təyin edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə