Ruslara Paris Olimpiadası zamanı risklərlə bağlı xəbərdarlıq edirlər..?

...Parisdə keçirilən Olimpiada zamanı ruslar çətinliklə üzləşə bilər.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin rəhbəri Artem Studennikov deyib.

Onun sözlərinə görə, oyunlar ruslar üçün risklər yaradan çətin şəraitdə keçiriləcək.

Belə ki, bunlara yüksək terror təhlükəsi, əlverişsiz kriminal vəziyyət və böyük rusofobiya daxildir.

Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları Rusiya bank kartlarından istifadə edə bilməyəcəklər. Bundan əlavə, mal və xidmətlərin nağd şəkildə ödənilməsinə məhdudiyyətlər ola bilər.

Studennikov əlavə edib ki, birbaşa uçuşların olmaması da problem yaradacaq.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

...Və qüyd edək ki, ruslara və belaruslara himnini ifa etmədən və ya bayraq nümayiş etdirmədən neytral statusda iştirak etməyə icazə verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə