Tunis prezidenti İrana ilk dəfə səfər edib

Tunis Prezidenti Kays Sayid Tehrana tarixi səfər edib. Bu, Tunis liderinin İrana ilk səfəridir. SİA “Tehran Times” saytına istinadla xəbər verir ki, Kays Sayid helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətlə vida mərasimində iştirak edəcək.

Qeyd edək ki, Prezident Səid iranlı həmkarı ilə çoxsaylı sammitlər çərçivəsində görüşüb, İran və Tunis arasında əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə