Həddindən artıq istilər səbəbindən 138 meymun öldü

Meksikada 138 meymunun həddindən artıq istilər səbəbindən öldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Tabasko əyalətindən verilən məlumatda bölgədəki həddindən artıq isti havadan meymunların mənfi təsirləndiyi açıqlanıb.

Açıqlamada mayın 16-dan bəri Tabaskoda 138 meymunun öldüyü, ölən meymunların isə ağaclardan yıxıldığı bildirilib. Eyni zamanda xilas edilən meymunlardan bəzilərinin baytar həkimə aparılaraq müalicə olunduğu bildirilib.

Qeyd edək ki, mart ayından bəri Meksikada həddindən artıq istilər səbəbindən 26 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə