Blinken Rəisinin ölümünün İran xalqı üçün "faydalarından" danışıb..?

...Bu gün, ümumiyyətlə ABŞ-da heç kim İran prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı matəm saxlamır və əminliklə deyə bilərəm ki, heç BMT-də də onun xatirəsi bir dəqiqəlik sükutla yad etməyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu

bəyanatla çərşənbə axşamı, mayın 21-də ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Senatda dinləmələr zamanı konqresmenlərdən biri Dövlət Departamentinin rəhbərinə “dünyanın Rəsi öləndən sonra daha yaxşı olacağını” sual kimi verib.

Buna cavab olaraq, Blinken “hakim və prezident kimi Rəisinin əli olduğu dəhşətli hərəkətləri nəzərə alaraq” razılaşıb.

Amerikalı siyasətçi “İran xalqının yəqin ki, özünü daha yaxşı hiss etdiyini deyib”. Baxmayaraq ki, onun rəhbərlik etdiyi idarə də bundan əvvəl İran prezidentinin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd dək ki, bunu RİA Novosti yazır.

...Bundan əvvəl İsrail əmin edib ki, göyərtəsində İran prezidentinin olduğu helikopterin qəzaya uğraması ilə heç bir əlaqəsi yoxdur. Bu bəyanat iki dövlət arasında qarşılıqlı təhdid mübadiləsinə qədər münasibətlərin həddindən artıq kəskinləşməsi fonunda verilib.

Birləşmiş Ştatlar iddia edir ki, helikopterin qəzaya uğramasında İran tərəfinin özü günahkardır: köhnə helikopter çətin hava şəraitində istismar edilib və bu, Vaşinqtonun fikrincə, uçaqın qəzaya uğramasına eləcə də Rəisinin ölümünə səbəb olub.

Bunu da amerikalı səlahiyyətliyə istinadən RİA Novosti yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə