Silahla vurulan 10 cəsəd tapılıb

Silahla vurulan 10 cəsəd tapılıb

Meksikanın Gerrero əyalətində güllələndiyi müəyyən edilən 10 nəfərin cəsədi tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Gerrero əyalətinin İctimai Təhlükəsizlik Katibliyindən verilən açıqlamada, Akapulko şəhərinin Emliano Zapata məhəlləsində çoxlu cəsədin tapıldığı bildirilib. Açıqlamada hadisənin mütəşəkkil cinayət qruplarının hesablaşmaları nəticəsində baş verdiyi və bu şəxslərin tapança ilə öldürüldükdən sonra küçə kənarına atıldığı bildirilib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.

Qeyd edək ki, Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə sayılır. Təhlükəsizlik məlumatlarına görə, 2023-cü ildə Gerreroda zorakılıqlar nəticəsində 1890 nəfər ölüb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə