Alman sahibkardan Rusiyanın nüvə təlimlərinə REAKSİYA

Alman sahibkardan Rusiyanın nüvə təlimlərinə REAKSİYA

Alman-Fin sahibkarı və ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotcom Rusiyanın nüvə təlimlərini şərh edib. SİA xəbər verir ki, bu barədə o , "X" sosial şəbəkəsində yazıb.

Dotcom hesab edir ki, Moskva Şimali Atlantika Alyansının Kiyevlə münaqişəsə müdaxilə etməməsi üçün nüvə təlimlərinə başlayıb.

“Rusiya NATO-nu Ukraynadan uzaq durması üçün xəbərdarlıq məqsədi ilə taktiki nüvə silahı təlimlərinə başladı”, - deyə iş adamı qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin görüntülərini nümayiş etdirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın əvvəlində qeyri-strateji nüvə qüvvələrinin təliminə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə