"Grammy" mükafatlarının təqdimetmə mərasimi 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Səsyazma İncəsənət və Elmlər Akademiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Namizədlərin adları noyabrın 8-də açıqlanacaq. Səsvermə 2025-ci il yanvarın 3-dək davam edəcək. 16 sentyabr 2023-cü il və 30 avqust 2024-cü il tarixləri arasında yayımlanan musiqi əsərləri mükafata müraciət edə bilər. Mükafat 1959-cu ildə təsis edilib. O, musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri hesab olunur. Müxtəlif musiqi üslubları və istiqamətləri üzrə doqquzdan çox nominasiya üzrə mükafatlandırılma edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB